Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fatih Terim və futbolçular fırıldaq qurbanı oldu - Qadın bank işçisindən 80 milyon dollarlıq dələduzluq... 

Türkiyə özəl banklardan birincə şöbə müdiri vəzifəsində çalışan Seçil Erzan adlı qadın aralarında futbol dünyasının tanınmış simaları da olan çox sayda adama qarşı dələduzluq edib...

Qaynarinfo "Oksigen" qəzetinə istinadən xəbər verir ki, Seçil Erzan bankın Floryadakı şöbəsində çalışıb. Həmin müddətdə o, "Qalatasaray"ın bəzi məşhur simalarının bank əməliyyatlarını da həyata keçirib.

Seçil Erzan bank əməliyyatlarını etdiyi varlı müştərilərə zəng edərək "Özəl qapalı fond sistemində çox ciddi pul qazana biləcəyiniz bir sistem yaratdıq, biz bu sistemi gizli saxlayırıq və nə qədər çox investisiya qoysanız, bir o qədər çox qazanacaqsınız", deyib. Bu vədə inanan imkanlı şəxslər Seçil Erzana külli miqdarda ödəniş edib. Seçil Erzanın qurduğu sistem bir müddət yaxşı davam edib. O, bəzi insanlara qazanc verib.

Ötən ilin noyabrında Seçil Erzandan bu təklif i eşidən bir iş adamı tanışlarından da yığdığı 5 milyon dolları ona verib. İş adamı əvvəllər oğurluqla üzləşdiyi üçün çantaya GPS cihazı qoyub. Seçil Erzan pulu təhvil aldıqdan sonra iş admına zəng edərək, çantada GPS olub-olmadığını soruşub. O isə olduğunu deyib.

Bir müddət sonra iş adamı aldadıldığını anlayıb və prokurorluğa məlumat verib. Ardınca sistemin çökdüyünü anlayan əksər "müştərilər" bu barədə polisə məlumat verib. Prokurorluğun göstərişi ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Seçil Erzanın İstanbul Göktürk qəsəbəsindəki evinə basqın edib və onu saxlayıb. Məhkəmənin qərarı ilə Seçil Erzan həbs olunaraq həbsxanaya göndərilib.

İddialara görə, bank əməkdaşı ümumilikdə 80 milyon dolları dələduzluq edib. Onun aldatdığı şəxslər arasında "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim, futbolçuları Arda Turan, Fernando Muslera, Semih Kaya və Selçuk İnan da olub. Fatih Terimin 10 milyon dollar, Arda Turanın isə təxminən 8 milyon avro aldadıldığı iddia edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar